Bank Of Baku

KİV: Neymar PSJ-dən ayrılmaq istəyir

KİV: Neymar PSJ-dən ayrılmaq istəyir
# 07 avqust 2023 20:53 (UTC +04:00)

Fransanın PSJ futbol klubunun hücumçusu Neymar karyerasını komandada davam etdirmək istəmir.

APA xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ulduz futbolçu bu barədə klub rəhbərliyinə məlumat verib.

Neymar yay transfer pəncərəsində komandanı tərk etmək niyyətindədir.

Bir müddət əvvəl PSJ azarkeşlərinin etirazlarından sonra futbolçunun təzyiq hiss etdiyi bildirilir.

Futbolçu hesab edir ki, oyunçularını qorumaq üçün klub kifayət qədər tədbirlər görmür.

Neymarın PSJ ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

O, ayaq biləyindən aldığı zədə səbəbindən 2022/23 mövsümünün ikinci yarısından oyunlarda çıxış etmir.

Neymar PSJ-də sonuncu rəsmi matçını fevralda keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR