Bank Of Baku

KİV: Qərb ukraynalı pilotlar üçün F-16-da təlim planı ilə bağlı razılığa gələ bilmir

KİV: Qərb ukraynalı pilotlar üçün F-16-da təlim planı ilə bağlı razılığa gələ bilmir
# 26 iyul 2023 08:04 (UTC +04:00)

Vaşinqton və onun avropalı müttəfiqləri Qərbin Kiyevə təhvil verəcəyi F-16 döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək planları ilə bağlı razılığa gələ bilməyiblər.

APA-nın məlumatına görə, bu barədə Amerikanın “Politico” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, müzakirə olunan təkliflərdən biri də ukraynalı pilotların Arizona ştatının Tukson şəhərində yerləşən Milli Hava Qvardiyası bölməsində təlim keçmək üçün ABŞ-a göndərilməsidir. Ancaq qəzet mənbələrinə görə, bu fikir heç bir dəstək tapmayıb.

Digər planda isə amerikalı hərbi pilotların Avropaya göndərilməsi və onların Ukrayna pilotlarına təlim keçilməsi nəzərdə tutulur. Bu qərar da hələ təsdiq olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR