Suriyanın Dəməşq əyalətində sursat anbarında partlayış baş verib, ölənlər var.
APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, sursat anbarı Livan “Hizbullah” hərəkatının silahlı dəstələrinin olduğu ərazidə yerləşir.
Partlayış nəticəsində ölənlərin dəqiq sayı barədə məlumat yoxdur.