Bank Of Baku

Kolleclərə qəbul olanların sənəd qəbulunun vaxtı açıqlanıb

Kolleclərə qəbul olanların sənəd qəbulunun vaxtı açıqlanıb
# 10 avqust 2023 19:01 (UTC +04:00)

14 avqust saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi 23 avqust saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR