Bank Of Baku

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayır

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayır
# 07 sentyabr 2023 11:54 (UTC +04:00)

8 sentyabr saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat 13 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR