"Gələcəkdə təkcə təhsil haqlarının deyil, təhsillə bağlı digər xərclərin də Təhsil Tələbə Kredit Fondu vasitəsilə maliyyələşdirilməsi müzakirə edilməlidir".
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O qeyd edib ki, 2023-cü ildən təhsil sahəsində ciddi islahatlara başlanılıb:
"İnanıram ki, bu islahatlar 2024-cü ildə də davam etdiriləcək və büdcədən bu istiqamətdə həyata keçiriləcək nəticəyönümlü layihələr üçün vəsait ayrılacaq".