Bank Of Baku

KXDR qitələrarası raketlərinin buraxılmasını özünümüdafiə adlandırıb

KXDR qitələrarası raketlərinin buraxılmasını özünümüdafiə adlandırıb
# 14 iyul 2023 06:34 (UTC +04:00)

Qitələrarası ballistik raketlərin sınaqdan keçirilməsi KXDR-in BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnun həyata keçirilməsidir.

APA xəbər verir ki, bunu cümə axşamı ölkənin BMT-dəki daimi nümayəndəsi Kim Son Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Özünümüdafiəni həyata keçirmək hər bir suveren dövlətin qanuni hüququdur. Bunu heç kim inkar edə bilməz, çünki bu, BMT Nizamnaməsi və beynəlxalq hüquq tərəfindən tanınır. Bizim yeni tip qitələrarası ballistik raketi sınaqdan keçirməyimiz (ICBM) baş tutmadı. Yaponiya özü bəyan etdi ki, bizim ICBM Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Düşmən qüvvələrin təhlükəli addımlarının qarşısını almaq və regionda dövlətimizin və dünyanın təhlükəsizliyini təmin etmək üçün zəruri özünümüdafiə hüququ”, - diplomat bildirib.

Şimali Koreya çərşənbə günü bərk yanacaq mühərriki ilə Hwaseong-18 ICBM-ni sınaqdan keçirib. Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, buraxılışa ölkə lideri Kim Çen In rəhbərlik edib. Raket 1001 km məsafə qət edərək Yapon dənizinə düşüb. Uçuşun maksimal hündürlüyü 6648 km olub. O, 74 dəqiqə havada olub və bu, rekorda çevrilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR