Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl yoldan RSK-ya məxsus daha bir maşın karvanı maneəsiz keçid edib. Laçın istiqamətindən gələn karvan 43 maşından ibarət olub. Yanacaq və yük maşınlarından ibarət karvanı Xankəndiyə gedib.
***
12.26
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 2 minik, 23 yük maşını Laçın istiqamətinə keçib.
***
11.21
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 1 minik, 3 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.
***
10.32
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. Bir qədər əvvəl RSK-ya məxsus gələn minik avtomobili Laçın istiqamətinə hərəkət edib.