RSK-ya məxsus avtomobillərin maneəsiz keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn 1 minik, 5 yük maşını Xankəndinə maneəsiz keçid edib.
***
15.45
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanının maneəsiz keçidi reallaşıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn karvan 33 maşından ibarət olub.
***
09.58
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Xankəndindən gələn 4 yük avtomobili Laçın istiqamətinə keçib.