Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - FOTO - YENİLƏNİB-3

# 04 aprel 2023 20:40 (UTC +04:00)

RSK-nə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn iki yük, bir minik Xankəndinə, Xankəndindən gələn bir minik avtomobili isə Laçın istiqamətinə maneəsiz keçid edib.

***

16.59

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən yerdən maneəsiz keçid edib. Laçın istiqamətindən gələn 45 maşından ibarət karvan Xankəndiyə gedib.

***

11.53

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya keçirilən ərazidən RSK-ya məxsus avtomobillərin keçidinə növbəti dəfə şərait yaradılıb. RSK-ya aid avtomobillərdə, avtobuslarda erməni sakinlər, eləcə də uşaqlar olub.

***

11.33

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı maneəsiz keçid edib. Xankəndidən gələn 2 minik, 19 yük maşınından ibarət karvan Laçın istiqamətinə gedib.

***

10.50

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK- ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Laçın istiqamətindən gələn 4 yük maşını Xankəndiyə gedib. Səhər saatlarından indiyədək ümumilikdə RSK-ya məxsus 7 avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR