Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın maşınları keçib - FOTO - YENİLƏNİB-1

# 03 aprel 2023 16:47 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha 5 maşın aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Laçın istiqamətindən gələn maşınlar Xankəndiyə gedib.

***

13.40

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus iki maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən Laçına doğru gedən karvan 45 maşından ibarət olub. Laçın istiqamətindən gəlib Xankəndiyə gedən karvanda isə 18 maşın olub.

***

10.40

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. Laçın istiqamətindən gələn yanacaq və yük daşıyan avtomobillər Xankəndiyə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR