Bank Of Baku

Laçında 130 hektar ərazidə yeni meşə zolağının salınması planlaşdırılır

Laçında 130 hektar ərazidə yeni meşə zolağının salınması planlaşdırılır
# 23 oktyabr 2023 14:02 (UTC +04:00)

Gələn ilin sonuna kimi Türkiyə Cümhuriyyəti ilə birlikdə qurulan beynəlxalq təlim-tədris mərkəzinin təhvil verilməsi nəzərdə tutulur.

APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

"Azərbaycan tərəfindən həyata keçirilən təməl işlər demək olar ki, başa çatıb. Qalan işlərin də gələn il yekunlaşması və mərkəzin təhvil verilməsi planlaşdırılır" - Vüqar Kərimov vurğulayıb.

O çıxışı zamanı bildirib ki, Laçında 130 hektar ərazidə yeni meşə zolağının salınması planlaşdırılır:

"İndiyə qədər 160 hektar ərazidə yaşıllıq zolağı salınıb. Növbəti illərdə daha geniş ərazilərdə yaşıllıq salınacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR