"Üç gündür, Azərbaycanda, Qarabağdayıq və buradan xəbərlər hazırlayırıq. Dünən Şuşada idik. Bu gün də Laçına gəlmişik”.
APA xəbər verir ki, bunu Laçında səfərdə olan Türkiyədən olan jurnalist, "Kanal 7"-nin əməkdaşı Akif Çiriş deyib. O, Laçının Ermənistanla sərhəddə yerləşən bölgə olduğunu qeyd edərək deyib ki, əraziyə Azərbaycanın nəzarət etməsi çox önəmlidir: “Burada Ermənistanın qaydalara riayət etməsi lazımdır”.
O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.