Bank Of Baku

Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinə aydınlıq gətirilib

Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinə aydınlıq gətirilib
# 13 iyul 2023 10:50 (UTC +04:00)

Sosial mediada Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinin fotoları yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.

“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR