Leysan yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var

Leysan yağacaq, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var
# 15 oktyabr 2023 16:43 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron oktyabrın 16-sı günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 16-da bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Mərkəzi Aran, Naxçıvan MR, Balakən-Şəki) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR