Bank Of Baku

Lisey və gimnaziyaların boş qalan yerlərinə III seçim mərhələsinə başlanılır

Lisey və gimnaziyaların boş qalan yerlərinə III seçim mərhələsinə başlanılır
# 01 sentyabr 2023 15:12 (UTC +04:00)

1 sentyabr tarixindən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir. III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR