Bank Of Baku

MDB Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb

MDB Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb
# 16 sentyabr 2023 12:04 (UTC +04:00)

Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda birlik ölkələrinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR