2023-cü ilin 8 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 105,4 mln. manat vəsait ödənilib.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Cari ilin 8 ayı ərzində ötən illə müqayisədə 19,4 mln. manat və ya 22,6% çox vəsait xərclənib.