Mehmanxanalarda elektron qeydiyyatın aparılması proseduru müəyyənləşib

Mehmanxanalarda elektron qeydiyyatın aparılması proseduru müəyyənləşib
# 18 mart 2023 11:35 (UTC +04:00)

Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Qaydaya əsasən, Qonaq Qeydiyyatı Proqramı qonaq qeydiyyatı formasının tərtibi və adsızlaşdırılmış məlumatların Turizm Reyestrinə göndərilməsi üçün istifadə edilən tətbiqi proqramıdır.

Həmçinin məsul şəxsin təyin edilməsi yerləşmə vasitəsinin müdiriyyəti tərəfindən onun Turizm Yerləşmə vasitəsində qonaqların elektron qeydiyyatı məsul şəxs (şəxslər) tərəfindən qonaqların yerləşmə vasitəsinə gəlmə vaxtında (check-in) Proqram vasitəsilə aparılır.

Məsul şəxsin təyin edilməsi yerləşmə vasitəsinin müdiriyyəti tərəfindən onun Turizm Reyestrindəki elektron kabineti vasitəsilə həyata keçirilir.

Məsul şəxs Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra Proqrama daxil olaraq, qonağın şəxsiyyətini təsdiq edən sənəd (sərhədkeçmə sənədi) əsasında bu Qaydanın əlavəsində göstərilən qonaq qeydiyyatı formasını tərtib edərək qeydiyyatı yekunlaşdırmaq üçün təsdiq edir.

Qonaq qeydiyyatı formasının dəqiq və düzgün tərtib edilməsi məqsədilə Proqrama daxil edilən məlumatlar digər dövlət informasiya ehtiyatlarında və sistemlərində mövcud olduğu halda, həmin məlumatların həqiqiliyinin yoxlanılması Turizm Reyestri vasitəsilə verifikasiya edilmə yolu ilə təmin edilir.

Qonaq qeydiyyatı forması təsdiq edildikdən sonra formaya daxil edilmiş məlumatlar adsızlaşdırılaraq, unikal qeydiyyat nömrəsi ilə Turizm Reyestrinə ötürülür. 2.6. Qonağın getmə vaxtında (check-out) dəyişiklik olduğu halda, məsul şəxs həmin məlumatın yenilənməsini təmin etməlidir.

Yerləşmə vasitəsi qonaqların qeydiyyat formalarının, həmçinin Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin və Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədinin surətinin 3 aydan az, lakin 6 aydan çox olmayan müddətdə saxlanılmasını təmin edir.

Məsul şəxs Proqramdan istifadə zamanı texniki-texnoloji problemlərlə üzləşdikdə, qonağın (qonaqların) yerləşmə vasitəsinə gəldiyi günün sonunadək bu barədə Agentliyə müraciət etməlidir. Agentlik daxil olmuş müraciətlə bağlı 1 iş günü müddətində araşdırma aparmalı və araşdırmanın nəticəsi barədə məsul şəxsi məlumatlandırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR