Bank Of Baku

Məktəb rəhbərliyi şagirdləri pirə aparıb, "dilək ağacı" ətrafında fotolarını çəkib

Məktəb rəhbərliyi şagirdləri pirə aparıb, "dilək ağacı" ətrafında fotolarını çəkib
# 19 oktyabr 2023 10:55 (UTC +04:00)

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib.

APA xəbər verir ki, bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yanlışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb. Bununla bağlı məktəb direktorunun izahatı alınıb və müvafiq intizam tənbeh tədbiri görülüb" - deyə cavabda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR