Bank Of Baku

Məktəb şagirdin davada iştirakı məsələsinə aydınlıq gətirib

Məktəb şagirdin davada iştirakı məsələsinə aydınlıq gətirib
# 12 iyun 2023 13:20 (UTC +04:00)

34 nömrəli tam orta məktəbin həyətində kütləvi dava olması və XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) bıçaqlanması barədə məlumat həqiqəti əks etdirmir.

Məktəbdən APA-ya verilən məlumata görə, valideynlərin yazılı qaydada bildirdiyinə görə adıçəkilən şagirdin qardaşı 11.06.2023-cü ildə dostu ilə Nabranda istirahət mərkəzində mübahisə ediblər, daha sonra Nərimanov rayonunda məhəllələrin birində mübahisənin davamı olub:

"Bu əsnada məktəbin şagirdi də qardaşına görə hadisənin iştirakçısına çevrilib. Həmin şagird bu gün dərs prosesində iştirak edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır" - məktəbin məlumatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR