Bank Of Baku

Məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq

Məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq
# 06 sentyabr 2023 16:28 (UTC +04:00)

2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri azərbaycan dilində tədris olunacaq.

"Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".

Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb:

"Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR