Bank Of Baku

Mərkəz: İldə bir dəfə İİV-lə bağlı testdən keçmək tövsiyə olunur

Mərkəz: İldə bir dəfə İİV-lə bağlı testdən keçmək tövsiyə olunur
# 19 iyul 2023 15:09 (UTC +04:00)

İldə bir dəfə İİV-lə bağlı testdən keçmək tövsiyə olunur.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

O bildirib ki, bəzi hallarda yoluxan şəxslər infeksiyaya yoluxduqlarını sadəcə təsadüfi müayinə zamanı aşkarlaya bilirlər:

“Buna görə tösviyə olunur ki, hər kəs ildə bir dəfə müayinə üçün həkimə müraciət etsin. İİV infeksiyasına yoluxan şəxslər ilkin mərhələdə halsızlıq, iştahsızlıq və s. simptomlar hiss etsələr də, bəzi şəxslərdə ilk mərhələdə heç bir simptom müşahidə edilməyə də bilər”.

Həkim bildirib ki, İİV-ə yoluxan və yanaşı xəstəliklərindən, yaşından, müalicəyə sadiqliyindən asılı olaraq müalicəyə başlayan hər kəs pulsuz olaraq 1, 2, 3 ay olmaqla müvafiq preparatlarla təmin olunurlar:

"İİV xəstələri xarici ölkələrə getdiklərində öz razılıqları ilə dərmanları qohumlarına verilə bilər. Bu xəstəliyin müalicəsi anonim şəkildə aparılır. Buna görə xəstələr hansısa səbəbə görə xarici ölkəyə getməli olduqları zaman öz razılıqları ilə müalicə üçün lazımi preparatları qohumlarına verə bilirik. Təbii ki, bu xəstəliyin müalicəsi anonim şəkildə aparılır və bu, həmin şəxsin müalicəyə sadiqliyi və müalicənin davamlılığını qorumaq üçündür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR