Bank Of Baku

Millətlər Birliyinin Baş katibi: Bakıda müzakirələr apararaq həll yolları tapa bilərik

Millətlər Birliyinin Baş katibi: Bakıda müzakirələr apararaq həll yolları tapa bilərik
# 27 iyun 2023 17:08 (UTC +04:00)

"Biz hamımız idmanın gücünü, onun bizi necə birləşdirdiyini, motovasiya etdiyini, ilhamlandırdığını, baryerləri qaldırdığını görürük. Biz idmanın gücündən dəyişiklik gətirmək üçün istifadə etməliyik. Ümid edirəm ki, biz idmanın tam imkanlarından istifadəni, əməkdaşlığı ətraflı şəkildə müzakirə edə biləcəyik".

APA xəbər verir ki, bunu Millətlər Birliyinin Baş katibi Patrisia Skotland Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransında (MINEPS 2023) bildirib.

O deyib ki, indi cəmiyyətlər qlobal böhranlar, çağırışlarla üzləşir: "Tam doğru zamanda Bakıda bir araya gəlmişik və bu imkandan, platformafan istifadə edib müzakirələr apararaq həll yolları tapa bilərik. Qlobal böhranlar, çətinliklər insanları narahat edir, onların həllərə ehtiyacı var və mən inanıram ki, idmanın gücü ilə biz əhəmiyyətli cavablar tapa bilərik. Arzu edirəm ki, biz bu Forumdan imkan kimi istifadə edək, Bakını qlobal çağırışlara praktiki həllərlə tərk edək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR