Bank Of Baku

MİQ-lə bağlı bir sıra fənlər üzrə apellyasiya müraciətlərinə start verilib

MİQ-lə bağlı bir sıra fənlər üzrə apellyasiya müraciətlərinə start verilib
# 12 iyul 2023 17:44 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin riyaziyyat, kimya, fiziki tərbiyə, tarix və coğrafiya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR