Peşə təhsili pilləsində təhsil alanlar arasında qız uşaqlarının sayını artırmaq lazımdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyinə təklif verib.
"Qız uşaqları 9-cu sinifdən sonra bu məktəblərdə hansısa peşəyə, sənətə yiyələnə bilərlər".