Bank Of Baku

Muxtar Babayev: Söyüdlüdə monitorinq qrupları çalışır, materiallar hökumətə təqdim ediləcək

Muxtar Babayev: Söyüdlüdə monitorinq qrupları çalışır, materiallar hökumətə təqdim ediləcək
# 22 iyun 2023 12:44 (UTC +04:00)

"Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın iclası keçirildi, əraziyə gedirik".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, orada artıq monitorinq qrupları çalışmağa başlayıb:

“Əhali ilə görüşəcəyik, bu gün və növbəti günlərdə toplanan materiallar təhlil olunacaq, hökumətə təqdim ediləcək. Hələ bir şey demək üçün tezdir”.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR