Bank Of Baku

Naxçıvan Lift və Yaşıllaşdırma xidmətləri Naxçıvan ŞİH-in tabeliyinə verilib

Naxçıvan Lift və Yaşıllaşdırma xidmətləri Naxçıvan ŞİH-in tabeliyinə verilib
# 25 iyun 2023 17:27 (UTC +04:00)

Nazirlər Kabineti “Naxçıvan Lift Xidmətinin və Naxçıvan Yaşıllaşdırma Xidmətinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi barədə” qərar verib.

APA-nın xəbərinə görə, qərara əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınaraq, Naxçıvan Lift Xidməti və Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR