Bank Of Baku

Naxçıvan məktəblərində təmayül siniflər yaradılacaq

Naxçıvan məktəblərində təmayül siniflər yaradılacaq
# 02 avqust 2023 17:02 (UTC +04:00)

2023-2024-cü tədris ilində Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təmayül siniflər yaradılacaq.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, təmayül siniflərin Naxçıvan şəhər 5, 8, 12 və 14 nömrəli tam orta məktəblər üzrə yaradılması nəzərdə tutulur. Hər məktəbdə 1 sinif olmaqla ümumilikdə 4 sinifdə təmayülləşmə aparılacaq. Naxçıvan şəhər 5 və 8 nömrəli tam orta məktəblərdə “Humanitar”, 12 nömrəli tam orta məktəbdə “Texniki”, 14 nömrəli tam orta məktəbdə isə “Riyaziyyat-iqtisadiyyat” təmayüllü siniflər təşkil ediləcək. Təmayül siniflərdə şagirdlərin say tərkibi 15-20 şagird arasında komplektləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR