Bank Of Baku

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi aparılıb

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi aparılıb
# 16 avqust 2023 02:13 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə yeni kadrlar təyin edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova yeni təyin olunan kadrları kollektivə təqdim edib.

Belə ki, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə Məhəmməd Zeynalov, yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun müdiri vəzifəsinə isə Ləman Əlizadə təyin olunublar. Hər iki əməkdaşın bundan öncəki iş yerləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi olub.

Bununla yanaşı, Xəyyam Əsgərov, Vüsal Əsgərov, Tofiq Cəfərov, Rübabə Hüseynzadə, Abbas Əlizadə, Mədinə Rəhimli, Aynur Novruzlu, Xəyal Bağırov, Yavuz Hacıyev və Hüseyn Məmmədov da Kənd Təsərrüfatı Nazirliyində müəyyən vəzifələrə təyin ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR