Bank Of Baku

Naxçıvan şəhəri, Culfa, Ordubad rayonlarına prokurorlar təyin edilib - YENİLƏNİB

Naxçıvan şəhəri, Culfa, Ordubad rayonlarına prokurorlar təyin edilib - YENİLƏNİB
# 21 avqust 2023 16:16 (UTC +04:00)

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Naxçıvan şəhər prokuroru vəzifəsini icra edən Qalib İsmayılov həmin vəzifəyə təyin edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, həmçinin, Baş prokurorun digər əmrilə Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Həmçinin, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Afət Kərimli Culfa rayon prokuroru vəzifəsinə təyin edilib. Buna qədər o, Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokurorun əmrinə əsasən Kənan Seyidov ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.

***

16.13

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Afət Kərimli Culfa rayon prokuroru vəzifəsinə təyin edilib.

APA xəbər verir ki, Afət Kərimli buna qədər Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.

Baş Prokurorluqdan APA-ya məlumatı təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR