“Naxçıvan” Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyinat olunub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün universitetin rektoru, dosent Anar Kazımov yeni prorektor Rza Məmmədovu kollektivə təqdim edib. Rektor bildirib ki, Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsi universitetdə yeni təsis olunub.