Naxçıvan Muxtar Respublikasında Mustafa Kamal Atatürkün vəfatının 85-ci il dönümü ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
APA-nın yerli bürosu xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda baş tutan tədbirdə Baş konsulu Asip Kaya, türkiyəli iş adamları, tələbələr və muxtar respublika ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbirdə Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.