Bank Of Baku

Naxçıvanda Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün test imtahanı keçirilib

Naxçıvanda Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün test imtahanı keçirilib
# 09 sentyabr 2023 13:29 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi 2023-cü il sentyabrın 9-da Dövlət Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən APA-ya bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 3 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 42 nəzarətçi-müəllim, 5 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR