Bank Of Baku

Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
# 09 iyul 2023 10:27 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı və III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirir.

Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov APA-ya açıqlamasında bildirib ki, imtahanlar Naxçıvan şəhərindəki 11, 12 və 15 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlar 76 zalda keçirilir.

İmtahanların keçirilməsinə 12 imtahan rəhbəri və 99 nəzarətçi cəlb olunub. İmtahanlarda 900-dən artıq abituriyent iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR