Bank Of Baku

Naxçıvanda magistral su xəttində qəza olub

Naxçıvanda magistral su xəttində qəza olub
# 02 noyabr 2023 10:33 (UTC +04:00)

Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su xəttində qəza baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olması göstərilir. Qəza nəticəsində Babək küçəsi, 6-cı məhəllə, Hacıniyyət kəndləri ərazisində suyun verilişi dayandırılıb.
Naxçıvan Su Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Bildirilib ki, saat 13:00-dan sonra əraziyə suyun verilişi tam bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR