Bank Of Baku

Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb

Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb
# 03 noyabr 2023 18:57 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilib. Agentliyin nəzdində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatı (şöbələr və sektorlar) və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR