Bank Of Baku

Naxçıvanın ədliyyə naziri işdən çıxarılıb

Naxçıvanın ədliyyə naziri işdən çıxarılıb
# 11 oktyabr 2023 15:53 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan MR ədliyyə naziri vəzifəsindən azad olunub.

Anar İbrahimovun digər sərəncamına əsasən, Hüseyn Akif oğlu Səfərov Naxçıvan ədliyyə nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Hüseyn Səfərova həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR