Bank Of Baku

Nazir: Ali məktəblərdə bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünürük

Nazir: Ali məktəblərdə bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünürük
# 21 iyun 2023 11:53 (UTC +04:00)

"Tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası 3 ilə yox, 2 ilə də vermək olar. Lakin bunun üçün zəruri baza olmalıdır".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, bu gün dünyada iki qrupa bölünür. Bir qrup texnologiyanı hazırlayandır, digər qrup onlardan istifadə edənlərdir:

"Qısa müddətdə texnologiyadan istifadə edən şəxsi yaratmaq mümkündür, lakin qısa müddətdə texnologiya hazırlayan mütəxəssis yetişdirmək mümkün deyil. Hazırda ali təhsil müəssisələrində bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlamışıq. Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox? Bu uyğunlaşmaya getsək, müddətlərin qısaldılması mümkündür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR