Bank Of Baku

Nazir: Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmür

Nazir: Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmür
# 06 iyul 2023 12:01 (UTC +04:00)

Get-gedə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

"Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar", - nazir qeyd edib.

Nazir deyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib.

"Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır", - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR