Bank Of Baku

Nazir: İş yerlərinin uğuru işçilərin yaratdığı dəyərdir, uyğunsuzluqlar idarəçilərin uğursuzluğudur

Nazir: İş yerlərinin uğuru işçilərin yaratdığı dəyərdir, uyğunsuzluqlar idarəçilərin uğursuzluğudur
# 21 iyun 2023 11:58 (UTC +04:00)

"Hər zaman demişəm ki, iş yerlərinin uğuru işçilərimizin yaratdığı dəyərdir, uyğunsuzluqlar isə hər zaman menecerlərin, idarəçilərin uğursuzluğudur".

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, çünki yekunda o dəyər üçün işçilərin seçilməsi rəhbərlər tərəfindən atılan addımlardır:

"Ona görə də növbəti dövrdə o dəyərin inkişaf etdirilməsi üçün addımlar atacağıq. Dövlət sektoruna hər zaman təşəbbüskar, yaradıcı və yeniliklərə imza atmaq istəyən gənclərimizi cəlb edə biləcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR