Bank Of Baku

Nazir müavini: Dərmanları bahalaşdıran amillərdən biri bioloji fəallığa malik qida əlavələridir

Nazir müavini: Dərmanları bahalaşdıran amillərdən  biri bioloji fəallığa malik qida əlavələridir
# 06 iyul 2023 12:39 (UTC +04:00)

Dərman vasitələrinin qiymətləri, ümumiyyətlə istənilən məhsulların qiymətinin formalaşmasında bir neçə amilə diqqət yetirməliyik.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, qiyməti müqayisə etdiyimiz ölkələrə baxmalıyıq: “Burada vergi dərəcələrinə, yerli istehsal olub-olmamasına baxmalıyıq. Səhiyyə Nazirliyi idxalçılarla görüşlərini mütəmadi keçirir. Böyük istehsalçılar çox sərt tələblər qoyur. Bütün bu amillər dərman vasitəsinin qiymətinin formalaşmasına təsir edir. Səhiyyə Nazirliyinin müvafiq strukturları dərman vasitələrinin qiymətləri ilə bağlı daim araşdırmalar aparır. Zərurət olduqda biz Tarif Şurası ilə müzakirə edib operativ həll yolunu tapırıq. Dərman vasitəsini bahalaşdıran amillərdən biri də bioloji fəallığa malik qida əlavələridir. Onlar dövlət qeydiyyatına alınmır və qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Bu da satıcıların onları istədikləri qiymətə satmasına yol açır. İnsanlarda fikir yaranır ki, dərmanlar bahadır. Amma baha olan qida əlavələridir. Qanuna düzəlişdə bunun aradan qaldırılması üçün müddəa nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR