Məktəbəqədər təhsil üzrə sertifikatlaşdırma aparılması üçün hazırda qaydalar hazırlanır.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.
O bildirib ki, dövrün sonuna qədər 17 min müəllimin sertifikasiyada iştirakı gözlənilir.