Bank Of Baku

Nazir müavini: Ukraynalı uşaqların reabilitasiyası tədbirləri həmişə diqqət mərkəzində saxlanılacaq

Nazir müavini: Ukraynalı uşaqların reabilitasiyası tədbirləri həmişə diqqət mərkəzində saxlanılacaq
# 16 avqust 2023 11:22 (UTC +04:00)

Ukraynada baş verən məlum hadisələrdən sonra Azərbaycan dövləti Ukrayna tərəfinin müraciəti əsasında öz yardım əlini uzadıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

O bildirib ki, müxtəlif istiqamətlərdə humanitar yardımlar göstərilib, bu humanitar yardımların bir istiqaməti də müharibə nəticəsində əziyyət çəkmiş uşaqların sosial və tibbi reabilitasiyasının təşkil edilməsidir.

"Keçən il iki qrupda uşaqlar gətirilib və Sosial Xidmətlər Agentliyi tərəfindən reabilitasiya tədbirləri görülüb. Bu il də 30 uşaq ölkəmizə gətirilib. Bu kimi növbəti tədbirlərin təşkil edilməsi hər zaman diqqət mərkəzində saxlanılacaq", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR