Bank Of Baku

Nazir sertifikasiyada 49 bal toplayanla 30 bal toplayan arasında fərq qoyulmamağına aydınlıq gətirib

Nazir sertifikasiyada 49 bal toplayanla 30 bal toplayan arasında fərq qoyulmamağına aydınlıq gətirib
# 06 iyul 2023 11:27 (UTC +04:00)

Məktəblərimizdə metodist yoxdur, 51 bal həddini keçən müəllimlər bizim üçün həm də gələcək metodistlərdir.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

"Müəllimlərin, məsələn, 49 bal toplayanla 30 bal toplayanı arasında elə də böyük fərq qoyulmamağının səbəbi odur ki, sertifikasiyadan keçən müəllimlər iki qrupa bölünür: sadəcə keçən və yüksək nəticə toplayan. 30 bal toplayan da keçmiş sayılır, 49 bal toplayan da. 51 həddini keçən isə yüksək nəticə toplayan kateqoriyasına aiddir", - nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR