Bank Of Baku

Nazir: Sertifikatlaşdırma göstərdi ki, təhsildə orta məktəb proqramını kafi belə verə bilməyən müəllimlər çalışıb

Nazir: Sertifikatlaşdırma göstərdi ki, təhsildə orta məktəb proqramını kafi belə verə bilməyən müəllimlər çalışıb
# 11 sentyabr 2023 12:01 (UTC +04:00)

Sertifikatlaşdırma göstərdi ki, təhsil siatemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində Pedoqoji heyətin 10-15 faiz yenilənməsini düşünülür: "Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidməti başlayacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR