Tibbi vasitələr sertifikatlaşdırılmadan öncə onların risk dərəcəsinə görə bölgüsü təyin olunacaq.
APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, 3 risk dərəcəsi müəyyən ediləcək: "Tibbi vasitələr bu səviyyələr üzrə reyestrdən keçiriləcək".