Bank Of Baku

NİİM moped və motosiklet sürücülərinə müraciət edib - VİDEO

NİİM moped və motosiklet sürücülərinə müraciət edib - VİDEO
# 02 mart 2026 10:35 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped və motosiklet sürücülərinə müraciət edib.

APA NİİM-ə istinadən xəbər verir ki, müraciətdə ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsinin ölüm və ya xəsarətlə nəticələndiyi deyilir: "Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.

Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti iştirakçılarına mənfi nümunə olurlar. Belə hərəkətləri ilə həm özləri qəzanın qurbanına çevrilir, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün real təhlükə yaradırlar.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edir ki, qayda pozuntuları ilə deyil, yol hərəkəti və təhlükəsizlik qaydalarına düzgün riayət etməklə cəmiyyət üçün müsbət nümunə olsunlar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR