Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, köçürülüb.
Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.