Bank Of Baku

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb - YENİLƏNİB - FOTO

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb - YENİLƏNİB  - FOTO
# 01 sentyabr 2026 14:50 (UTC +04:00)

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, sentyabrın 1-də Bakıdan yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

Bu mərhələdə 117 ailə olmaqla 362 nəfər doğma şəhərinə köçürülüb.

Onlardan 82 ailə Bakıdan, digər ailələr isə Bərdə, Mingəçevir, Sumqayıt, Ağcabədi, Ağdam, Ağdaş, Abşeron, İsmayıllı, Beyləqan və Gəncə şəhər və rayonlarından köçürülüb.

Ağdam şəhərinə köçən ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onlar yaşayış sahələrində yerləşdiriliblər.
Son köç də nəzərə alınmaqla, Ağdam şəhərində ümumilikdə 1 048 ailənin məskunlaşması təmin edilib.

Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 1 şəhər və 10 rayonun 47 yaşayış məntəqəsində 9 831 ailə, yəni 39 631 nəfər məskunlaşıb.

***

06.30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 117 ailə (362 nəfər) köçürülüb.

Ağdama Bakı şəhərindən - 82 ailə (260 nəfər); Bərdə rayonundan - 10 ailə (29 nəfər); Mingəçevir şəhərindən - 7 ailə (19 nəfər); Sumqayıt şəhərindən - 5 ailə (18 nəfər); Ağcabədi rayonundan - 4 ailə (10 nəfər); Ağdam rayonundan - 2 ailə (5 nəfər); Ağdaş rayonundan - 2 ailə (5 nəfər); Abşeron rayonundan - 2 ailə (4 nəfər); İsmayıllı rayonundan - 1 ailə (6 nəfər); Beyləqan rayonundan - 1 ailə (4 nəfər); Gəncə şəhərindən - 1 ailə (2 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, 01.09.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə Ağdama 931 ailə (3363 nəfər) köçürülmüş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR